Çərşənbə axşamı, 07 May

“Mina xəritələrinin verilməməsi sülh və etimadın qarşısını alır” - Hikmət Hacıyev

image

Minalar müharibədən sonra mülki əhaliyə təhlükələr yaradır və inkişafın qarşısını alır. Ermənistan 30 illik işğal müddətində Azərbaycan ərazisində çoxlu sayda minalar basdırıb.
Xəbər verilir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

Prezidentin köməkçisi bildirib ki, mülki əhali minaların hədəfi olmamalıdır. H.Hacıyev qeyd edib ki, beynəlxalq humanitar hüquqa əsasən Ermənistan Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur:

"Ermənistan həmçinin beynəlxaıq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir. Minalar Azərbaycan əhalisinə qarşı qırğındır və işğaldan azad edilmiş ərazilərin bərpasını ləngidir. Minaların xəritəsinin Ermənistan tərəfindən təqdim edilməməsi eyni zamanda regionda sülh və etimadın yaradılmasının qarşısını alır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56