Cümə, 26 Aprel

Tural Sadıqlı təklənir? - Bloggerlər arasındakı qarşıdurma yenidən alovlanır

image

Bir neçə il əvvəl xaricdə fəaliyyət göstərən bloggerlər Tural Sadıqlı və Məhəmməd Mirzəli arasında da qalmaqal yaşanmışdı. Belə ki, məlum olduğu kimi bloggerlərin ortaq layihəsi üçün ciddi məbləğdə qrant alan Məhəmməd Mirzəli, digər bloggerlərə bu barədə məlumatlandırmayıb. Nə qrant aldığı təşkilatın adını, nə də qrantın məbləği barədə dostlarına məlumat verməyən Məhəmməd Mirzəlinin davranışları nəticəsində bloggerlər arasında anlaşmazlıq yaşanıb və münasibətlər pisləşib. Tural Sadıqlı Məhəmməd Mirzəlini “xalq üçün gördüyü işləri” qrant almaq üçün istifadə etməkdə günahlandırıb və öz çıxışlarının yer aldığı videoları YouTube-dən sildirib. 

Bu mövzuda ittihamları rədd edən Məhəmməd Mirzəli isə Tural Sadıqlını satqınçılıqda və 80 min avronu mənimsəməkdə ittiham edib. O, Tural Sadıqlının qardaşının Bakıda 2 kiloqram heroinlə həbs olunduğunu, lakin tezliklə azadlığa buraxıldığını qeyd edərək, bloggerin qaranlıq işlərinin olduğuna diqqət çəkib. Bununla da ürəyi soyumayan Məhəmməd Mirzəli “Azad söz” kanalının bağlanması üçün şikayət edib.

Daha sonra hər iki blogger arasındakı inciklik Tural Sadıqlının təşəbbüsü ilə sonlandırılıb. Tural Sadiqli Məhəmməd Mirzəlinin ailəsinə qarşı həyata keçirilən hücumlara səssiz qalmadığını nümayiş etdirmək üçün onunla birgə canlı yayım təşkil edib. Lakin hər iki bloggerin ortaq mövzuda yaxınlaşması aradakı problemlərin həll olunacağı barədəki gözləntiləri doğrultmayıb. Hadisələrdən qısa müddət sonra münasibətlər yenidən soyuqlaşıb. Beləliklə, Tural Sadıqlının Məhəmməd Mirzəliyə qarşı “jesti” cavabsız qalıb və Məhəmməd Mirzəli bir müddət sonra yenidən Tural Sadıqlını hədəf almağa davam edib. 

Tural Sadıqlı 2018-ci ildəki qarşıdurma zamanı da Məhəmməd Mirəzlini nankorluqda ittiham etmiş, ona qarşı hücumlar təşkil edildiyində onun müdafiəsinə qalxdığını qeyd etmişdi. Görünən odur ki, bu dəfə də Tural Sadıqlı zəif yerindən vurulub. Tural Sadıqlı çətin vaxtlarda Məhəmməd Mirəzliyə qarşı münasibətini dəyişdirməyə cəhd göstərsə də, qarşı tərəf bu məsələdə o qədər istəkli deyil. Üstəlik bu dəfə hər iki blogger arasındakı ədavətin miqyası daha da böyüyüb.

Öz videolarında və canlı yayımlarında sətiraltı ifadələrlə yenidən Tural Sadıqlını hədəf alan Məhəmməd Mirzəliyə ən böyük dəstək də digər bloggerlərdən gəlib. Aralarında Süleyman Süleymanlı, Orxan Ağayev və Manaf Cəlilzadənın olduğu radikal mövqeli bloggerlər Turaq Sadıqlının son dövrlərdə “yumşaq” rotorikadan istifadə etdiyini bəhanə edərək “qorxaqlıq”da ittiham ediblər.

Bloggerlər Tural Sadıqlının əvvəlki dövrlərlə müqayisədə radikal çıxışlar etmədiyini əsas gətirərək, onun hakimiyyətdən çəkindiyini, müəyyən dairələrdən pul aldığını iddia ediblər. Xüsusilə Məhəmməd Mirzəliyə qarşı son dövrlərdə həyata keçirilən hücumların Tural Sadıqlının fəaliyyətinə təsir etdiyi qeyd olunur. 

Adı çəkilən şəxslərin Tural Sadıqlının kanalındakı canlı yayımlarda iştirak etməmələrinin səbəbinin də məhz aralarında olan ədavət olduğu qeyd olunur. Qeyd edək ki, Tural Sadıqlıdan fərqli olaraq Məhəmməd Mirzəli radikal mövqeli bloggerlərlə ardıcıl canlı yayımlarda iştirak edib və yüksək vəzifəli şəxslərin ünvanına təhqiramiz ifadələr işlədib. Bloggerlər arasındakı qarşıdurmanın yaxın zamanda daha da şiddətlənəcəyi ehtimal edilir. Tural Sadıqlı Məhəmməd Mirzəli və dəstəsinin onun əleyhinə apardığı kampaniyaya hələki, cavab verməyib.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33