Şənbə, 18 May

İranın Rusiyadakı səfiri: “Bu dəhliz Azərbaycana yaxşı gəlir gətirəcək”

image

“Şimal-Cənub dəhlizi Azərbaycan Respublikasına yaxşı gəlir gətirəcək”.

Bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali Sankt-Peterburqda keçirilən beynəlxalq nəqliyyat konfransında deyib.

Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi yeni fazaya qədəm qoyub: “Bu dəhliz əlaqəsi olan İran, Rusiya və dəmiryol marşrutu keçəcək Azərbaycana yaxşı gəlir verəcək”.

Səfir İranın bu strateji dəmiryolu xəttinin çəkilməsində mühüm rol oynadığını bildirib: “İran bu dəmiryol marşrutunun keçəcəyi dəhlizlə bağlı ciddi işləyir”.

Səfirin sözlərinə görə, Şimal-Cənub dəhlizi region ölkələrini bir-birinə yaxınlaşdıracaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41