Cümə, 10 May

DİQQƏT: 100 minə yaxın azərbaycanlının şəxsi məlumatları OĞURLANDI

image

“Facebook”un 533 milyon  istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. 

“Reuters”in verdiyi xəbərə görə, şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir.

Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə, Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.

Şəxsi məlumatlar arasında istifadəçilərin  bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar  var.

Bundan başqa, ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb.

Məsələyə münasibət bildirən “Facebook” şirkəti məlumatların 2 il əvvəl  təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32