Çərşənbə, 20 Oktyabr

Pandemiya daha iki ilhəyatımızda olacaq –İNFEKSİONİST

image

Koronavirusun yoluxma arealının genişlənəcəyi və epidemioloji gərginliyin yenidən artacağı ilə bağlı proqnozlar verilir. İstər yerli, istərsə də xarici mütəxəssislər payızda koronavirusun daha güclü dalğası ilə üz-üzə qalacağımızı bildirirlər.

Dalğanın söndüyü, yoluxmanın azaldığı bir dövrdə virusla bağlı təşvişedici xəbərlərin gəlməsi insanlar arasında narahatlıq yaradıb.

Xəbər verilir ki, həkim-infeksionist Vüqar Cavadzadə açıqlamasında pandemiya ilə bağlı qorxulu proqnozlar verib.

Onun sözlərinə görə epidemiyanın mütəmadi olaraq alovlaşmaları müşahidə edilə bilər:

“Payız mövsümündə havaların soyuması ilə əlaqədar olaraq virus infeksiayaları daha da aktivləşir və xəstəliktörətmə qabiliyyəti yüksək olur. Fikrimcə, noyabr və dekabr aylarında yoluxmalarla bağlı artım və azalmalar müşahidə ediləcək”.

Həkim pandemiyanın konkret olaraq bu il və gələn il də həyatımızda var olacağını qeyd edib:

“Epidemiyanın nə vaxt bitəcəyini heç kim deyə bilməz. Nə Ümümdünya Səhiyyə Təşkilatı, nə də bu sahənin mütəxəssisləri yetkin proqnozlar verə bilər. Pandemiya 2 ildir davam edir. Çox güman ki, hələ 2 il də mövcud olacaq”.

Vaksinasiyanın virusla mübarizəsinə gəlincə, infeksionist peyvəndləmənin qoruyuculuq müddətinin ən çoxu 4-5 ay davam etdiyini deyib:
“Bilirsiz ki, peyvənd “yoluxmayacağıq” anlamına gəlmir. Artıq xeyli insan var ki, peyvəndlənmələrindən 6 ay keçir. Onların üçüncü doz qəbul etmələri gərəkdir”.

Qeyd edək ki, indiyədək ölkədə 468 min 943 nəfər koronavirusa yoluxub. Onların 6251 nəfəri dünyasını dəyişib. Fevral ayında başlayan vaksinasiya prosesinə 7 milyon 863 min 592 nəfər cəlb olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Eldar Həsənovdan xəbər var

  • 18.10.2021 - 14:44