Şənbə, 27 Aprel

Fransa səfiri Avstraliyanı "xain" adlandırdı

image

Fransanın Avstraliyadakı səfiri Jan-Pyer Tebo Avstraliya hökumətinin son günlərdəki hərəkətlərini satqınlıq adlandırıb.

Xəbər verilir ki, bu barədə “The Sydney Morning Herald” qəzeti məlumat yayıb.

Məlum olduğu kimi Avstraliya, ABŞ və Böyük Britaniya ilə birlikdə AUKUS aldı yeni hərbi birliyə qoşulub. Bunun nəticəsində rəsmi Kanberra Fransa ilə imzaladığı sualtı qayıqların düzəldilməsi ilə bağlı 66 milyard dollarlıq müqaviləni pozub.

“Avstraliyanın məhz “AUKUS” üçtərəfli tərəfdaşlıq müqaviləsinə qoşulduqdan sonra sualtı qayıqların alınması lə bağlı Fransa ilə imzalanan sazişi pozduğu və ilə bağlı əlimizdə kifayət qədər etibarlı məlumat var. Avstraliya hökuməti buna 18 ay hazırlaşıb. Bütün bu müddət ərzində bizi yuxuya verərək, belə bir cinayəti törədiblər. Əgər deyilənlər doğrudursa, ki, sonradan inkar da edilməyib, o zaman bunu etimadın ciddi şəkildə pozulması kimi qəbul edirik. Bu isə olduqca pis bir əlamətdir”,- deyə səfir bildirib.

Qəzetin digər xəbərinə görə, Avstraliyanın müdafiə naziri Piter Datton fransalı həmkaırnı müqaviləyə xitam verildiyini yalnız bu barədə mediada informasiyalar çıxdıqdan sonra məlumatlandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36