Bazar ertəsi, 29 Aprel

Ancelina Coli Əfqanıstana görə ABŞ hökumətini TƏNQİD ETDİ

image

Hollivud ulduzu, Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri Ancelina Coli ABŞ hökumətini tənqid edib.

Xəbər verilir ki, məşhur aktrisa rəsmi Ağ Evin Əfqanıstandan qaçqın düşən insanlarla bağlı məsələdə bitərəf qalmaqlarını tövsiyə edib.

O, məsələyə insan hüquqları baxımından Co Bayden hökumətinin müdaxiləsinin əsassız olduğunu vurğulayıb: “ABŞ Əfqanıstan vətəndaş cəmiyyəti və əfqan qadınların demək olar ki, tamamilə kənarda qaldığı mövzularda iştirak etməməli idi. Biz buna icazə verməməli idik. İşə, məktəbə gedə bilməyən bütün qadınları, qızları düşünürəm. Azadlıqlarını itirəcək gənclər barədə fikirləşirəm. Əfqanıstandakı vəziyyət tək bir hadisə deyil. On illərlə insan hüquqlarına laqeyd yanaşmaq və insan hüquqlarına əsaslanan yaxşı düşünülmüş müdaxilələrin olmaması ilə beynəlxalq sistemin dağılması deməkdir”.

Bütün dünyanın 20 il əvvəlkindən daha pis bir vəziyyətlə üzləşdiyini vurğulayan ulduz “Həll olunmamış münaqişələrimiz və milyonlarla qaçqınlarımız var”,-deyərək fikrini tamamlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55