Çərşənbə axşamı, 30 Aprel

Rusiya Xankəndi qarşılığında Azərbaycandan hərbi baza istəyir

image

“Qarabağda qanunsuz silahlı dəstələrə qarşı Rusiyanın razılığı ilə hərbi əməliyyat keçirmək mümkündür. Çünki bu cür əməliyyatın keçirilməsi Rusiyanın razılığı olmadan mümkün deyil”.

Xəbər verilir ki, bu açıqlamanı politoloq Şahin Cəfərli edib. Onun şərhinə görə, Rusiya istəsə, Ermənistandan gələn qüvvələri geri göndərər, yerli silahlıları da (əgər varsa) tərksilah edər və məsələ bir güllə atmadan 2-3 günə həll olunar.

Əsas sual budur ki, Rusiya bunu istəyirmi? Rusiya münaqişə tərəflərindən birini ortadan qaldırıb, Qarabağ məsələsinə nöqtə qoymaqda maraqlıdırmı?

“Mən düşünürəm ki, yox. Ən azından hələ yox. Və məsələnin komik tərəfi odur ki, bu cür situasiya (yəni tərəflərdən birinin yox olması) 10 noyabr Bəyanatına da ziddir. Bəyanata əsasən Qarabağda təmas xətti və qarşı duran tərəflər var. Bunlar aradan qalxacaqsa və Azərbaycanın suverenliyi Xankəndi təmin olunacaqsa, onda sülhməramlılar orada nə edəcək və ümumiyyətlə, Rusiya niyə bizə 10 noyabr Bəyanatını imzalatdırırdı? Çünki özümüz onsuz da məsələni həll edirdik”.

Siyasi şərhçi qeyd etdi ki, bir ehtimal var ki, Rusiya yerli ermənilərin təhlükəsizliyini təmin etmək üçün orada daimi hərbi baza yaratmağa Azərbaycanın razılığı müqabilində Xankəndində Bakının hakimiyyətinin təmin olunmasına razılıq versin – SSRİ dövründə olduğu kimi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42