Cümə axşamı, 16 May

Slovakiya “Sputnik V” peyvəndinin istifadəsini dayandırır

image

Slovakiya bu gün Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin istifadəsini dayandırır.

Xəbər verilir ki, bu barədə TASS -a ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

“Bu gün “Sputnik V” peyvəndinin ikinci dozasını almaq istəyənlər üçün son gündür”, – Nazirlikdən bildirilib.

“Sputnik V” Slovakiyada iyunun 7 -də istifadəyə verilib. Amma, Avropa Birliyində qeydiyyatdan keçməmiş vaksinin alınması respublikada hökumət böhranına və İqor Matoviçin baş nazir vəzifəsindən istefasına səbəb olub.

Ümumilikdə, Slovakiya Rusiyadan 200 min doz peyvənd alıb, ancaq onlardan yalnız 40 mini istifadə olunub. Qalan dozalar eyni qiymətlə geri qaytarıldı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00