Cümə, 17 May

4 ölkə Xəzərdə birgə hərbi təlimlər keçirəcək

image

Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzər dənizində birgə təlimlər keçirəcək.

Xəbər verilir ki, bunu Rusiya Xəzər Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan, İran və Qazaxıstandan gələn gəmilərin Dəniz Kuboku yarışının bitməsindən sonra sentyabr ayının əvvəlində Xəzər dənizində birgə dəniz təlimləri keçirəcəyini planlaşdırıb.

"Dəniz Kuboku başa çatdıqdan dərhal sonra Rusiya Hərbi Dəniz Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri, Qazaxıstan və Azərbaycanın döyüş gəmilərinin iştirak edəcəyi birgə təlimlər keçirəcəyik. Bir neçə gün ərzində Xəzər dənizində birgə hərəkətlər hazırlayacağıq", - deyə Yekimov qeyd edib.

İranda ilk dəfə keçirilən (əvvəlki bir neçə ildə Azərbaycan ev sahibi ölkə idi) ARMI-2021 "Dəniz Kuboku" yarışmasında Azərbaycan, Qazaxıstan, İran və Rusiyanın kiçik raket və artilleriya gəmiləri iştirak edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58