Çərşənbə axşamı, 30 Aprel

Putin İmran Xanla Əfqanıstandakı vəziyyəti müzakirə etdi

image

Rusiya Prezidenti Vladimir Putinlə Pakistanın Baş naziri İmran Xan arasında telefon danışığı olub.

Xəbər verilir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin və İmran Xan Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Bu ölkədə sülhün, təhlükəsizliyin, ölkədaxili dialoqun dəstəklənməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, ölkə daxilində dialoqun qurulması əhalinin bütün qruplarının maraqlarını nəzərə alan inklüziv hökumətin formalaşdırılmasına kömək olar.

Əfqanıstan problemlərinə həm ikitərəfli, həm də çoxtərəfli formatda yanaşmaların koordinasiyası razılaşdırılıb. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarından regional sabitliyin təmin edilməsində, həmçinin terrorizm və narkotik təhlükəsi ilə mübarizədə istifadə olunmasının məqsədəuyğunluğu qeyd edilib.

Ticarət-iqtisadi əlaqələrin inkişafı, enerji və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla ikitərəfli gündəlikdə duran bir sıra mövzulara toxunulub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42