Bazar ertəsi, 29 Aprel

Aİ-dən sərhəd gərginliyi ilə bağlı Bakı və İrəvana TƏKLİF

image

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına kömək etməyə hazırdır.

Xəbər verilir ki, bu barədə Aİ -nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, təşkilat 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatdan sonra hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

"Avropa İttifaqı tərəfləri atəşkəs razılaşmalarına ciddi riayət etməyə və insan itkisinin qarşısını almağa çağırır. Aİ mübahisələrin həlli vasitəsi kimi güc tətbiq edilməsinin qəti əleyhinədir. Təşkilat Ermənistanla Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhəddə gərginliyin dərhal dayandırılmasına, təmkinli olmağa, delimitasiya və demarkasiya prosesinə başlamağa çağırır. Aİ sərhədlərin delimitasiyasına kömək etməyə hazırdır", - məlumatda qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55