Çərşənbə, 08 May

Keçmiş sevgilisi Cenifer Lopesə hədiyyə etdiyi “Porche”ni geri aldı - FOTO

image

ABŞ-ın kino və pop-estrada ulduzu Cenifer Lopesin keçmiş sevgilisi, beysbolçu Aleks Rodriqes ona bağışladığı qırmız rəngli bahalı “Porche” markalı avtomobili geri alıb.

Bu barədə “The Sun” məlumat yayıb.

Nəşr qeyd edir ki, Aleks Rodriqes “İnstagram” səhifəsində həmin avtomobillə foto paylaşıb.

Bu, Cenifer Lopesin fanatlarının diqqətindən yayınmayıb.

Rodriqes 140 min dollarlıq həmin avtomobili Lopesə onun 50 illiyi münasibəti ilə hədiyyə edib.

Beysbolçu özü bu barədə danışmaq istəməyib.

Rodriqesin izləyiciləri isə onu bu addımına görə qınayıblar: “Maşınla poz verən şəxs özü həmin avtomobili Cenifer lopesin ad gününə hədiyyə etmişdi. Gülməlidir”, “Sən hansı haqla “Porche”ni Lopesdən geri almısan?”, “Necə də ləyaqətsiz hərəkətdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56