Cümə axşamı, 09 May

Naxçıvandan Türkiyəyə narkotik keçirmək istədilər - Özləri ələ keçdi

image

Naxçıvan gömrükçüləri tərəfindən narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

Xəbər verilir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 34DZ1302/34EHJ815 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında 191 litrə yaxın psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32