Cümə axşamı, 09 May

YAP-da Naxçıvanlı - Qərbi Azərbaycanlı qarşıdurması

image

5 mart 2021-ci ildə hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı baş tutub. Qurultayda bir sıra mühüm qərarlar qəbul edilib. Lakin üzdə görünən məsələlərlə yanaşı Qurultay Naxçıvan və Qərbi Azərbaycan klanlarının gizli rəqabəti və qarşıdurması ilə də yadda qalıb.

Uzun müddətdir klanlararası mübarizənin getdiyi partiyada son Qurultayın nəticələrinə görə yeni icra strukturu yaradılıb. Mərkəzi aparat adlandırılan yeni struktura Prezidentin sərəncamı ilə Tahir Budaqov təyin edilib. Tahir Budaqov Naxçıvan şəhərində anadan olub. Heydər Əliyevin hakimiyyətə gəlməsi ərəfəsində təşkil olunan aksiyaların əsas təşkilatçılarından olan Budaqov Naxçıvan klanının və YAP-ın ilk üzvlərindən biridir. Bu təyinatla birlikdə Tahir Budaqov eyni zamanda partiya sədrinin müavinliyinə yüksəldilib.

Uzun müddət Əli Əhmədovun rəhbərliyində fəaliyyət göstərən YAP-ın İcra katibliyi isə ləğv olunub. Lakin Əli Əhmədov partiya sədrinin müavini vəzifəsində qalıb. Əli Əhmədov isə Qərbi Azərbaycan doğumlu siyasətçilərdəndir və hakimiyyət daxilindəki Qərbi Azərbaycan klanının önəmli simalarında biridir. İcra katibliyinin ləğv olunması və onun yerinə Mərkəzi Aparatın yaradılması Əli Əhmədovun yeni quruma sədr təyin olunacağı gözləntilərini yaratmışdı. Lakin görünən odur ki, bu dəfə Prezident önəmli vəzifədə Naxçıvan klanının nümayəndəsinə güvənməyə qərar verib.

Mərkəzi aparata namizədlər arasında Qərbi Azərbaycan klanının digər bir üzvü Ramin Məmmədovun da adı hallanırdı. Lakin göründüyü kimi, bu cür önəmli vəzifədə ona da etimad edilməyib.

Qurultayda eyni zamanda YAP İdarə heyətinin tərkibi də 40 nəfərə qədər genişləndirilib. İdarə heyətində yeni təmsil olunan üzvlər arasında isə Naxçıvan klanına mənsub şəxslərin üstünlük təşkil etdiyi aydın olur. Naxçıvan klanına mənsub olduqları məlum olan Hüseynov Ramiz, Qasımov Elmar, Cəfərov Samir, Əsgərli Asif, Əsgərov Valeh, Həmzəyeva Ülviyyə partiyanın yeni İdarə heyətində təmsil olunacaqlar. İdarə heyətinin tərkibində Hikmət Babaoğlu, Əli Əhmədov, Ramin Məmmədov, Kamal Cəfərov, Musa Quliyev, Ədalət Muradov isə Qərbi Azərbaycan klanının təmsil edirlər.

İdarə heyətinin genişləndirilməsi ilə Naxçıvan klanı partiya daxilində Qərbi Azərbaycan klanı qarşısında bariz üstünlük əldə edib. Növbəti illərdə İdarə heyətində Naxçıvan klanına mənsub şəxslərin sayının daha da artırılacağı və rəqib klanın tədricən partiya idarəetməsindən uzaqlaşdırılacağı proqnozlaşdırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32