Çərşənbə, 08 May

Qasim Süleymani ilə Putin görüşü haqda ilk rəsmi açıqlama

image

“General Qasim Süleymaninin Rusiyaya ilk səfəri 2015-ci ildə olub”.

 Adığımız məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Clubhouse” virtual platformasında bir sıra suallara cavab verən nazirin sözlərinə görə, İnqilab Keşikçilərinin “Qüds” Qüvvələrinin keçmiş komandanı 2015-cı ilin iyuluna qədər Rusiyaya səyahət etmə üçün rəsmi bir dəvət almayıb. “Qasim Süleymaninin Moskvaya səfəri ilk dəfə nüvə sazişinin imzalanmasından bir neçə gün sonra, 2015-ci ilin avqust ayında baş verib”.

Xatırladaq ki, Süleymaninin Rusiya prezidenti Vladimir Putinlə gizli görüşü barədə ilk iddianı “Reuters” agentliyi ortaya atıb.

2020-ci ildə Livanın “Hizbullah” hərəkatının rəhbəri Şeyx Həsən Nəsrullah “əl-Məyadin” xəbər şəbəkəsinə geniş müsahibəsində bu iddianı təsdiqləyib. “Əvvəlcə Rusiyanın Suriya dair mövqeyi siyasi idi. Əlbəttə, ruslar da rəsmi Dəməşqə kəşfiyyat və maddi-texniki dəstək verirdilər, lakin o vaxtlar münaqişədə birbaşa iştirakı yox idi. Suriya müharibəsinin bir neçə ölçüsü var idi. Vəziyyət elə idi ki, Rusiya müharibəyə girməsəydi, bu böhranın həlli prosesi indikindən daha uzun olardı. Şübhəsiz, Rusiya tərəddüd edirdi, çünki bölgədə möhkəm bazası yox idi.

Bununla bağlı xüsusi narahatlıqları vardı və bu məsələdə zərər görəcəklərini düşünürdülər. Belə bir şəraitdə, siyasi danışıqlar cənab Putini inandıra bilmədi və hərbi əməliyyatlara bel bağlamaq lazım idi. Buna görə də, Hacı Qasim Moskvaya getdi və bəzi rus təhlükəsizlik generallarının iştirakı ilə Putinlə 2 saat söhbət etdi”.

Daha sonra “Hizbullah” lideri 2015-ci ildə baş tutmuş görüşün nəticəsini açıqlayıb: “Hacı Qasim özü mənə planını açıqladı, ruslara harada olduğumuzu, müxalifət ünsürlərin əsasən harada yerləşdiyini və bu baxımdan güclü və zəif cəhətləri izah edib. O, cənab Putinin qarşısına qoyduğu plana əsaslanaraq vəziyyəti nəzəri, texniki və hərbi baxımdan təsvirini verib. Həmin görüşdə cənab Putin deyib ki, cənab Süleymani, məni inandıra bildiniz. Rusiyanın Suriyadakı varlığı, əlbəttə ki, Suriyanın istəyi ilədir. Düşünürəm ki, onlar da bunu istəyir və buna hazır idilər”.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif öz açıqlaması ilə Süleymani-Putin görüşünü təsdiqləyən İranın ilk rəsmi şəxsidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56