Cümə, 10 May

Xalq artisti əfqan uşağını himayəsinə götürmək istədi - tənqid edildi

image

Xalq artisti Naibə Allahverdiyeva Əfqanıstandan olan bir uşağı övladlığa götürmək istəyib.

Xəbər verilir ki, bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, bunu necə edəcəyi ilə bağlı məlumatsızdır.

“Çox istərdim əfqan uşaqlardan birini himayəmə götürüm, anası olum. Amma hara müraciət edəcəyimi bilmirəm” deyə, Allahverdiyeva qeyd edib.

Onun bu sözləri isə tənqidlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri ona Azərbaycanda kimsəsiz uşaq evindən uşaq götürməsini yazıblar.

Aktrisa tənqidlərə “Bizim uşaq evində olanlar dövlət himayəsindədir. Onlar isə dövlətsiz, sahibsizdilər. Qəlbində imanı, mərhəməti olan məni başa düşər. Onlardan bir uşağı himayəyə götürmək onun həyatını xilas etmək deməkdir. O uşaqları qul kimi satırlar, öldürürlər” cavabını verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32