Cümə axşamı, 09 May

Bakıda premium avtomobillərlə yeni sərnişindaşıma xidməti fəaliyyətə başladı

image

“My Driver” - premium sinfinə aid olan avtomobillərin sifariş edilməsini təşkil edən xidmətdir. “My Driver”i seçməklə Bakı şəhəri və Abşeron daxilində biznes sinif avtomobillərin rahatlığından, möhtəşəm dizaynından zövq ala bilərsiniz.

Avtomobillər aşağıdakılardır:

Müştərilərin rahatlığını düşünən “My Driver” tam təchizatlaşdırılmış, lüks və çox funksiyalı avtomobilləri ilə xidmətinizdədir. Avtomobillər “Mercedes-Benz” markasının “E Class”, “S Class” və çoxsaylı sərnişinlər üçün xüsusi olaraq nəzərdə tutulmuş “Vito” modelləridir.

Xidmət standart sərnişin daşıma anlayışından fərqli olaraq, yüksək komfort şəraitdə səfər etmək istəyən sərnişinlər üçün nəzərdə tutulub. Avtomobillər hər gün xüsusi baxışdan keçirilir və xidmətə təqdim edilir.

Ölkədəki mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı tam steril xidmət şirkətin əsas iş prinsiplərdən biridir. Professional sürücülərin səliqəsi və nəzakətli rəftarı da keyfiyyətin bir hissəsi olub daim diqqətdə saxlanılır.

Üstünlüklər:

Şirkət müştərilərinə bir çox üstünlüklər verir. Təqdim edilən promo kodlardan istifadə edərək endirimlərdən yararlana bilərsiniz. Rahatlığınızı düşünərək mobil tətbiq vasitəsilə dostlarınız və yaxınlarınız üçün də avtomobil sifariş etmək fürsəti yaradılmışdır. Bundan əlavə olaraq, istifadəçilərimiz avtomobillə bərabər, öz sürücüsünü də seçmək imkanına malikdirlər.

Şirkətin əlavə üstünlüklərindən biri də əvvəlcədən sifariş xidmətidir. Belə ki, siz bütün məlumatları daxil etməklə avtomobili təyin etdiyiniz saat və tarix üzrə sifariş edə bilərsiniz.

Sifariş qaydası: 

Sifarişlər birbaşa mobil tətbiq üzərindən verilir. Mobil tətbiq çox sadə və rahat interfeysə sahibdir. Seçdiyiniz avtomobil bir kliklə qısa müddətdə olduğunuz ünvana göndərilir.

Qiymətlər:

Şirkətin premium imici xidmətin yüksək ödənişli olacağını göstərmir. Xidmətin hər kəs üçün əlçatan olmasını şərtləndirir. Belə ki, qiymətlər 7 AZN-dən başlamaqla hər kəs üçün münasib qiymət qarşılığında premium xidmətdən istifadə etməyi təmin edir.

Ödəniş üsulu:

Ödənişlər nağd və ya bank kartları vasitəsi ilə onlayn formada həyata keçirilir.

“My Driver” mobil tətbiqini “Android”  və “İOS” əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərsiniz.

 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32