Cümə, 26 Aprel

Nağdəliyevin sevimli icra başçısının və Xocalı polisinin “yaylaq biznesi”,yoxsa…?

image

Hər il olduğu kimi yaylaq mövsümünün gəlişi ilə bağlı Qərb bölgəsindəki əksər dağ rayonlarının giriş-çıxışlarına blok postlar qoyulur.Ancaq  qoyulan bu blok postlar qanunlara xidmət etmir.Bu polis postları vasitəsi ilə mal-qoyun sürülərinin sahibləri ya incidilir ya da ki, soyulur.

Elə ölkə başçısına və Baş prokurora məktub ünvanlayan Kəlbəcər rayon Zar kənd sakini İbrahimov Arif Misir oğlu da incidilən təsərrüfat sahiblərindən biridir. O,Xocalı Rayon Polis Şöbəsindən şikayətçidir.

Bu haqda Arif İbrahimovun özü məlumat verib.Şikayətçi bildirir ki,Xocalı Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenant Zaur Nəbiyevin göstərişini yerinə yetirən Elvin və Xəyyam adlı polis əməkdaşları yaylağa köç edərkən onun qarşısını kəsib: “Xocalı RPŞ-nin əmədaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşınalıqla məşğul olur. Onlar bu hərəkətləri polis rəisi Zaur Nəbiyevin göstərişi ilə edir.

19.05.2020-ci il tarixdə yay mövsümünün gəlişi ilə əlaqədar olaraq öz köçümü yaylağa apararkən Xocalı RPŞ-nin adıçəkilən əməkdaşları Goranboy rayonun Qaraçinar kəndinin giriş postunda bizi qanunsuz olaraq saxlatdırdı. Mən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən yaylaq ərazisində torpağın istfadısi ilə bağlı sərəncamı onlara təqdim etdim. Buna baxmayaraq, polis əməkdaşları 200 manat “hörmət” etməyimi dedilər. Onlar bildirdilər ki, bu məsələ bizlik deyil,yuxarının göstərişidir və sizin köçü buraxa bilmərik”.

Arif İbrahimov şikayət məktbunda onu da yazır ki, polis əməkdaşlarının özbaşınalığı nəticəsində həmin vaxt köçdə olan ailə üzvüləri saatlarla qızmar günəşin altında saxlanılıb.Hansı qanunla polisə hüquq verilib ki, polis əməkdaşları köç maşınlarını saatlarla saxladıb, insanlara işgəncə versin? Bu, Goranboyda baş verən ilk belə hal deyil. Bu rayonda özündənrazı, korrupsiyaya bulaşdığı deyilən və “dayısı” Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevə güvənən icra başçısı Məhərrəm Quluyevin “mükəmməl idarəetməsi” sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb.

İcra başçısının göstərişi ilə polis özbaşınalığına məruz qalan təsərrüfat sahibi Arif İbrahimov şikayət məktubunun sonunda Prezident İlham Əliyevə və Baş prokurora üz tutaraq bildirir ki,hazırda  Goranboy rayonunda idarəçiliyin vəziyyətinin araşdırılmasına ciddi ehtiyac  var:“Cənab Prezident, digər rayonlarda olduğu kimi Goranboy İcra Hakimiyyətinə də “dur” deməyin vaxtı deyilmi? Mən mətubat vasitəsilə Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm, Xocalı RPŞ-nin adları keçən əmkdaşalrının qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verəsiniz.

P.S. Maraqlıdır, görəsən Xocalı Polis Şöbəsi də Göranboy icra hakimiyyətinə tabedir? Yoxsa, “qarşılıqlı əməkdaşlıq” haqqında müqavilə bağlayıblar???

Redaksiya olaraq qeyd edək ki, yazıda adı keçən qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq. (kanal32.az)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33