Cümə axşamı, 09 May

“Hende Hoch” - Ağıllılar üçün tarix dərsi - Almaniyada nə baş verir?

image

                                                                     I YAZI

“İnsanların tarixdən çıxardıqları dərs ondan ibarətdir ki, insanlar tarixdən heç bir dərs çıxarmırlar!”

Alman klassik fəlsəfəsinin yaradıcılarından sayılan Georg Fridrix Hegelin XIX əsrdə irəli sürdüyü bu postulat  sonradan ingilis filosofu Oldos Haksli tərəfindən XX əsrdə təsdiqlənsə də mahiyyət etibari ilə  XXI əsrdə bu fikirləri təkrarlamaq heç də ürək açan deyil. Məhz Oldus Haksli antiutopiya nəzəriyyəsi ilə bizi-müasir dövrün adamlarını “gözüaçıq” edib. O yazırdı ki, texnoloji  inkişafla əhatələnən cəmiyyət insanpərvərlik elementlərini əsaslı şəkildə itirir. Dünya ölkələri vahid dövlət ətrafinda birləşir. İstehlak həyatın əsas amilinə çevrilir. İnsanlar təbəqələrə bölünür və s.

Amerikalı filosof Corc Santayana isə “Öz keçmişini unudanlar, onu təkrar yaşamağa məhkumdurlar!” fikri ilə tarixi unutmağın nə qədər acı gerçəkliklərə səbəb ola biləcəyini möhürləyib .

İndi isə əsas məsələ haqqında:  Almanlar bizdən nə istəyir?

Əvvəlcə Almaniya Bundestaqında (Parlamentində) qızışmış korrupsiya qalmaqalı haqda.

Hakim Xristian Denokrat  İttifaqının (XDİ) deputatları-Aksel Fişer, Mark Hauptman və Tomas Barayz güya ki, Azərbaycan tərəfindən pul alaraq bizim maraqlarımızı müdafiə ediblər. Ehtimala görə Aksel Fişer Avropa Şurası Parlament Assambleyasında işlədiyi müddətdə, 2017-2018 ci illər ərzində pul müqabilində bizim maraqlarımızı müdafiə edib. Bu sıraya hətta AŞPA-nın sabiq  prezidenti, əslən ispaniyalı olan Pedro Aqramuntun da adını salıblar.

Bunlardan başqa Karin Strents və Eduard Lintner də Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə ittihamlarla üzləşərək qınaq obyektinə çevriliblər. Güya 2017-ci ildən başlayaraq gizli fondlar vasitəsilə Azərbaycan bu adları çəkilən deputatlar vasutəsilə 2,5 milyard avro həcmində maliyyə vəsaitini avropalı deputatlara ötürərək özünün müsbət ölkə imicini yaradıb! Belə yerdə deyirlər ki, “Adımı sənə qoyaram, səni yana-yana qoyaram!”.

Əvvəla unutmaq olmaz ki, Xristian Demokrat İttifaqının deputatı Aksel Fişer əvvəllər Qazaxstan və Ukrayna üzrə monitorinq komitələrində qətiyyətli məruzə ilə çıxış edib. Partiya tərəfdaşları tərəfindən obyektiv və iradəli siyasətçi kimi tanınır. Ona qarşı bu cür kampaniyanın aparılması və deputat toxunulmazlığının ləğv edilməsi ilk növbədə partiya daxili “razborka”dan başqa bir şey deyil.

Mark Hauptmana qarşı ittiham isə ümumiyyətlə gülünc bir şeydir. Ona məxsus  “Südthüringen Kurier” qəzetində Azərbaycanın nar şirələrini və bizim ölkəyə turist səfərlərini reklam etməsi tədqiqata səbəb olub. Deputatın siyasi mövqeyini qəzetin reklam fəaliyyətilə bağlamaq ən azından yanlış bir şeydir. Dünyanın dördüncü iqtisadiyyatına sahib olan, kapitalizmin beşiyi sayılan Almaniya üçün bu, bir absurd sayılmalıdır. Hər halda Mark Hauptmanın adını “Maska fırıldağı” kampaniyasında hallandıran siyasi rəqibləri sonda onun deputat mandatından imtina etməsinə nail oldular.

Tomas Barayzın isə günahı ondan ibarət olub ki, “Löwenstein Medical” şirkəti tərəfindən Süni Tənəffüs Aparatlarının Azərbaycana satılmasını təşviq edib!? Burda deyirlər –“Heç dəxli var?” Nə vaxtdan insan sağlamlığına xidmət edən avadanlıqların satılmasını təşviq etmək korrupsiya tədqiqatı predmeti olub? Əgər bu avadanlıq satış üçün istehsal olunubsa, vətəndaşlarımızın sağlamlığını qorumaq üçün biz bunu ala bilmərik? Bəs avropasayağı “hummanizm “ harda qaldı?

Avropa İttifaqında “İnteqrasiyanın dərinləşməsinə HƏ, genişlənməsinə YOX! ” şüarı ilə xarici siyasət yürüdən müasir Almaniya isteblişmenti ölkəmizə qarşı addımlarıyla əslində bir neçə prioritetləri hədəfdə saxlayır:

1.Angela Merkelin bu ilin payızında siyasi səhnədən gedəcəyi şübhəsizdir. Ona görə də digər siyasi rəqiblər Merkelin partiyasına qarşı hücuma keçərək üzdə olan bütün deputatları “vurmaq”la məşğuldular.

2.Regional miqyasda güclü dövlət kimi müstəqil xarici siyasət yürüdən Azərbaycanın möhkəmlənməsinə imkan verməmək. Hər vəchlə, ilk növbədə avropalılar qarşısında “xidmət göstərən rüşvətxor şərqli” obrazı yaratmaqla ölkəmizin nüfuzuna xələl gətirmək. 44 günlük müharibədə qələbə qazanmış Azərbaycanın məğlub olmuş Ermənistana qarşı təzimat davasında mövqelərini zəiflətmək.

3.Qafqaz regionunda xarici siyasət sahəsində Türkiyə-Azərbaycan tandemini zəiflətmək, eyni zamanda Avropa İttifaqına üzvülük üçün qapıları bağlanmış Türkiyənin Aralıq dənizi hövzəsində müstəqil siyasət yürütməsinə zərbə vurmaq. Türkdilli dövlətlərin hər-hansı formada ittifaq meyllərinə kölgə salmaq.

4.Azərbaycanda İngilis-Amerikan neft-qaz şirkətlərinin əhvalına soğan doğramaq və bu yolla Almaniya ərazisinə çəkilən “Şimal axını-2” layihəsinə qarşı çıxan amerikalılardan “qisas” almaq.

5.Almaniya-Rusiya ikitərəfli əlaqələrini yeni dünya düzəni üçün alternativ geosiyasi vektor kimi gündəmə çıxarmaq. İqtisadi gücü yeni dövrün reallıqlarında siyasi gücə çevirmək.

6.Pandemiya ilə əlaqədar Avropa İttifaqı miqyasında daxili narazılıqların artdığı və Böyük Britaniyanın ittifaqı tərk etdikdən sonra parçalanma meyillərinin gücləndiyi bir vaxtda diggətin yayındırlıması və yeni  “siyasi qalmaqal gündəmi” yaratmaq.

7.Avropa İttifaqının hegemon və lider dövləti kimi Almaniya tərəfindən yeni rəqiblərin “tapılması və cəzalandırılması” fəlsəfəsinin kobud şəkildə reallaşdırılması.

8.Almaniyada islamafob meyillərin gücləndiyi bir dövrdə multikulturialzm ideologiyasından tədricən geri çəkilmək və Avropa sivilizasiyasının “əsas hamisi” kimi bu addıma haqq qazandırmaq.

Bu siyahını uzatmaq olar. Çünki məntiqi axtarışlar “bu addımlar kimə xeyirdir?” sualına cavab axtarmağa kömək edir. Heç kəs unutmasın ki, Cənubi Qafqaz regionunda öz milli maraqlarını müdafiə etməyi bacaran və yeni güc mərkəzinə çevrilən müasir Azərbaycanla təzyiq gücündə danışmağın boş bir məşğuliyyət olduğu dəfələrlə özünü təsdiqləyib.

Düşünürəm ki, Azərbaycanı sivil dünyanın tərkib hissəsi olaraq qəbul etmiş digər Avropa dövlətləri kimi Almaniya mətbuatının da qısa müddətdən sonra gözə kül üfürmək kampaniyasından əl çəkəcəyi və əvvəlki qarşılıqlı əməkdaşlıq məcrasına yönələcəyi sadəcə zaman məsələsidir. Əks təqdirdə tarixin dolanbac yollarını ənənəvi şəkildə kəlləmayallaq qət edən, hər iki Dünya müharibəsinin “günah yükünü” çiyinlərində gəzdirən Almaniya güclü dost qazanmaq imkanından məhrum olacaq.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32