Bazar ertəsi, 20 May

Talibandan qandonduran əmr: 12 yaşlı qızlar cinsi köləliyə cəlb edilir

image

Taliban komandirləri onları əsgərlərinə zorla ərə vermək üçün işğal olunmuş ərazilərin ağsaqqallarından subay qız və qadınların siyahısını tələb edirlər.

Xəbər verilir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Məlumata görə, silahlılar yerli sakinlərin evlərinə basqın edir və zorla gənc qızlarla evlənirlər. Əvvəllər bu norma 15-45 yaş arası evlənməmiş qızlara aid idisə, indi isə 12 yaşlı uşaqlar da cinsi köləliyə cəlb olunurlar.

Bir çox qadın ailələrini tərk etmək və işğal edilmiş kəndlərdən qaçmaq məcburiyyətində qalıb.

Taliban iyul ayında Əfqanıstanın şimalındakı ucqar bölgələri ələ keçirildikdən sonra sərt şəriət qaydalarına qayıtmağı tələb edən yazılı əmrlər verib. Artıq kişilərin saqqallarını qırxmasına icazə verilmir və gənclərin Talibanın bayrağı ilə əlaqədar qırmızı və yaşıl rəngli paltarlar geyinməsi qadağandır. Qadınlara evlərini təkbaşına tərk etmələrinə də icazə verilmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41