Çərşənbə, 08 May

ABŞ Türkiyəyə iki helikopter göndərir

image

ABŞ 2 yanğınsöndürmə helikopteri ilə Türkiyənin meşə yanğınları ilə mübarizəsinə dəstək verəcək.

Xəbər verilir ki, bu barədə ABŞ-ın Ankaradakı səfirliyi rəsmi Tvitter hesabında məlumat yayıb.

“ABŞ-ın müttəfiqi və NATO üzvü olan Türkiyə COVİD-19-a qarşı mübarizənin əvvəlində kömək çağırışımıza şəxsi qoruyucu vasitələr göndərərək yardım etmişdi. İndi Türkiyənin bu jestinə qarşılıq verməkdən qürur duyuruq.

ABŞ-ın Avropa Komandanlığı vasitəsi ilə və Türkiyə hökuməti ilə birgə meşə yanğınlarının söndürülməsi səylərini dəstəkləyirik. ABŞ Türkiyənin meşə yanğını ilə mübarizəsinə kömək etmək üçün 2 ədəd CH-47 “Çinook” tipli yanğınsöndürmə helikopteri göndərir. NATO müttəfiqimizin yanındayıq”, - açıqlamada bildirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56