Cümə, 10 May

Hollivud ulduzu peyvənd vurdurmayanlarla görüşmür

image

Hollivud ulduzu Cennifer Eniston peyvənd vurdurmağı rədd edən və ya peyvənd olub-olmadığını açıqlamayan dostları ilə görüşmədiyini bildirib.

Xəbər verilir ki, "Instyle" jurnalına verdiyi müsahibədə həyat və karyerasından danışan 52 yaşlı aktrisa vaksinasiya ilə bağı təəssüratlarını bölüşüb.

Cennifer bu səbəbdən bəzi dostlar ilə əlaqələrini kəsmək məcburiyyətində qaldığını qeyd edib:

"Hələ də vaksinasiyaya qarşı olan böyük bir qrup var. Ya da bu insanlar faktları dinləmirlər. Bu, həqiqətən utancvericidir.

Hər həftə görüşdüyüm bəzi insanlarla peyvənd vurdurmaqdan imtina etdiklərinə görə artıq görüşmürəm. Hər gün test etdirmədiyimizə görə, məlumat vermənin əxlaqlı və professional olduğuna inanıram.

Bu aldatmaqdır. Çünki hamı öz fikirlərini haqlı görür, amma bunların qorxu və təbliğatdan başqa söykəndiyi gərçəklik yoxdur".

Qeyd edək ki, may ayında peyvənd olan aktrisa özünü yaxşı hiss etdiyini bildirib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32