Cümə, 10 May

Çin iki və daha çox uşağa görə pul mükafatı verəcək

image

Çinin Pançjihua şəhər rəhbərliyi ölkədə ilk olaraq, ailədəki ikinci və üçüncü uşağa görə subsidiya verilməsinə başlayıb.

Xəbər verilir ki, ödəniləcək məbləğ üç yaşadək olan körpələrə şamil edilir. Qərara görə, ailədə hər ikinci və üçüncü uşağa 500 yuan (131 manat) aylıq yardım veriləcək.

Bundan əlavə, uşağın dünyaya gəlişinədək onun anası hamilə qadınlar üçün olan bütün xidmətlərdən pulsuz istifadə edə biləcək.

Qeyd edək ki, sözügedən yeniliklər Çində doğumun kəskin azalması ilə bağlıdır. Yaxın zamanda təbii artımın stimullaşdırılması üzrə müvafiq tədbirlərin bütün ölkə miqyasında tətbiq ediləcəyi gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32