Cümə, 10 May

Ata qızını döyən kürəkənini və qudasını GÜLLƏLƏDİ - VİDEO

image

İstanbulda gündüz saatlarında dəhşətli cinayət hadisəsi baş verib. 

Xəbər verilir ki, Bəyoğlu ərazisində qudalar arasında düşən dava ölümlə nəticələnib. Belə ki, qızının əri tərəfindən döyülmə xəbərini  eşidən ata,onların evinə yollanıb.

Məhəllədə çoxlu adam görüncə  ata narahat olub. O, qızının kürəkəni tərəfindən küçədə döyüldüyünü görüb. Bu zaman Mürsəl Ağrı qızını kürəkənin əlindən alıb və  onunla mübahisə etməuyə  başlayıb. Əraziyə oğlanın qohumları gəlib. Qohumlar qayınata və kürəkən arasında yaranan mübahisəni sakitləşdirmək əvəzinə, müdaxilə ediblər. Nəticədə onlar arasında dava yaranıb. 

Qohumların gəlinin atasını döyməyə başlayıblar.  Lakin Mürsəl Ağrı üzərində daşıdığı silahla bir-bir onları güllələyib. Hadisə nəticəsində kürəkən, quda, kürəkəninin əmisioğlu və yaxın qohumu yerindəcə  keçinib. Cinayət anı anbaan kameralara əks olunub. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Şəxslərin cəsədləri  tibbi ekspertizaya  göndərilib. Mürsəl Ağrı isə polis tərəfindən saxlanılıb. 

O, polislərə  açıqlamasında, "Ölməmək üçün öldürdüm", -deyərək,  cinayəti bu səbəbdən törətdiyini etiraf edib.  Polis araşdırmalara başlayıb. Qayınatanın işi isə məhkəməyə göndərilib. 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25