Şənbə, 11 May

Türkiyənin 40 kilometrliyində böyük hərbi canlanma... - ABŞ plan qurur

image

ABŞ Balkanlar, Şərqi Aralıq və Egey regionunda hərbi varlığını gücləndirir.

Vaşinqton Dədəağacda qurduğu hərbi bazanı müharibə cəbhəsinə döndərir.

Məlumata görə, “Defender Europe 2021” hərbi təlimlər üçün Türkiyə sərhədindən 40 kilometr uzqlıqda yerləşən Dədəağaca yüzlərlə hərbi avtomobil göndərən Pentaqon bölgəyə yeni hərbi yüklər gətirib.

Ən azı 400 hərbi avtomobillə M1A2 Abrams tankları, M117 zirehli avtomobil və M2A2 Bradley zirehli müharbə avtomobilləri, helikopterlər əraziyə çatdırılıb. Dədəağac limanında iki xarqo gəmisindən boşaldılan silahlarının bir qismi NATO təlimləri üçün Bolqarıstan və Rumuniyaya göndərilib, bir qismi isə Yunanıstanda saxlanılıb.

Qeyd edək ki, aprel ayında “Defender Europe 2021” təlimləri məqsədilə ABŞ Dədəağaca böyük silah yığmışdı.

2010-cu ildə Yunanıstanla imzalanan razılaşmaya əsasən Dədəağacda baza quran ABŞ əvvəl limanı böyüdərək genişləndirmiş, daha sonra əraziyə helikopterlər yığmışdı. ABŞ eyni zamanda Türkiyəyə yaxın olan Boğazlar və Şimali Egey adalarında radar sistemi də qurub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44