Cümə, 10 May

Ceyhun Bayramov Əfqanıstan Prezidenti ilə görüşdü - FOTO

image

Bu gün Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.

Əfqanıstan Prezidenti Azərbaycanı böyük qələbə münasibətilə təbrik edərək, bu zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb. Bu xüsusda, Məhəmməd Əşrəf Qəni Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov Əfqanıstan Prezidentinə təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Tərəflər Azərbaycan və Əfqanistan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32