Şənbə, 18 May

Qarabağda döyüşən Rusiya vətəndaşına HÖKM OXUNDU - 10 il

image

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan başqa hökmdə qeyd edilib ki, E.Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

  • 18.05.2024 - 19:31
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41