Çərşənbə, 08 May

Bakıda internetdə tanış olduğu qızın evinə gedən kişi sürprizlə qarşılaşdı

image

Bakıda internetdə tanış olduğu qızla görüşə gedən şəxsin maşınını, telefonunu və pullarını əlindən alıblar.

Hadisə Abşeron rayonu Masazır qəsəbəsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü X.Məmmədov tanış olduğu İlahə adlı qadının gecə saat 1 radələrində Masazır qəsəbəsində yaşadığı evə gedib. Orada naməlum şəxs onun qoluna bıçaqla xəsarət yetirərək “Mercedes” markalı avtomobilini, mobil telefonunu və 300 manat pulunu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla həmin şəxsin Ağdam rayon sakini, əvvəllər xuliqanlıq və narkotik daşınmasına görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Qorxmaz Nəsirov olduğu müəyyən edilib.

Onun həmçinin, avtomobil qaçırdığı üçün Ağcabədi polisi tərəfindən axtarışda olduğu məlum olub. Q. Nəsirov X.Məmmədovdan aldığı avtomobilin nömrəsini çıxarıb, nəqliyyat vasitəsinə 10-CZ-044 dövlət qeydiyyat nişanını bağlayaraq maşını idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56