Çərşənbə, 15 May

Rusiya daha ambisiyalı hədəflər qoymalıdır – Putin

image

Rusiya iqtisadiyyatda, sosial sahədə, ekologiyada, rəqəmsal tramsformasiyada dəyişikliklərin tempini artırmalı, daha iddialı hədəflər seçməlidir.

Xəbər verilir ki, bunu Rusiya Prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələr üzrə şiuranın iclasında deyib. “Biz iqtisadiyyatda, sosial sahədə, regionlarımızın və infrastrukturun inkişafında, ekoloji problemlərin həllində, ölkənin rəqəmsal məsələlərinin gerçəkləşdirilməsində dəyişikliklərin tempini çoxaltmalıyıq”, - Rusiya lideri deyib.

“Lazım olan yerdə isə plankanı qaldırmalıyıq. Daha iddialı məqsədlər və vəzifələr qoymalıyıq. Verilən vədlərin təxirə salınmasına isə bəhanələr uydurmamalıyıq”, - Putin əlavə edib.

Putin qeyd edib ki, ölkəsində işsizlik səviyyəsi, demək olar ki, 2019-cu ilin göstəricilərinə qayıdıb. “Bütün makroiqtisadi göstəricilərin arxasında həmişə konkret adamı və onun problemini görmək lazımdır. Məsələn, artıq işsizlik səviyyəsi, demək olar ki, 2019-cu ildəki həddə çatıb – onda 4.7 idi, indi 4.9-dur. Ancaq bu, orta göstərici, statistikadır, biz başa düşürük ki, bir çox insanlar hələ də işə düzəlməkdə çətinlik çəkirlər”, - Rusiya prezidenti bildirib.

O, əməkhaqlarının real dəyərinin artdığını bildirərək Nazirlər Kabinetinə yoxsulluğun azaldılması göstəricilərinə diqqət yetirməyi tapşırıb.

Rusiya Prezidenti bildirib ki, hazırkı hökuməti formalaşdırarkən orada milli layihələrdə “özlərini inamlı hiss edən” insanların işləyəcəyini, uğur qazanacaq bir komandanın çalışacağını düşünüb.

Dmitri Medvedevin hökuməti tam tərkibdə 2020-ci il yanvarın 15-də istefaya gedib. Mixail Mişustinin baş nazir təyin edilməsi haqda fərman onun sabahı gün dərc edilib. Yeni NK-nın tərkibi isə yanvarı 21-də müəyyənləşib.

“Qeyd etmək istəyirəm ki, hökumət formalaşdırılanda istinad nöqtəmiz bu oldu ki, orada məqsədləri hazırlayan, özlərini inamlı hiss edən insanlar çalışsınlar. Təqdim edilən materiallara fərqli rakursdan yanaşan həmkarlar gələrək bizi ümumi uğura aparacaq bir komanda qursunlar”, - Putin deyib.

O, həmçninin qeyd edib ki, ixtisaslı kadrların hazırlanması, eləcə də sürətli elmi-texniki inkişaf milli gündəmin vacib hissəsinə çevrilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00