Cümə, 26 Aprel

Əfqanıstan daha bir bölgəni “Taliban”dan azad etdi

image

Əfqanıstanın hökumət qüvvələri daha bir bölgəni “taliban”-lardan azad edib.

Əfqanıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əfqanıstanın hökumət qüvvələri Parvan mərkəzi əyalətinin Surhu-Parsa bölgəsi üzrə nəzarəti bərpa edə bilib. 

Bildirilir ki, əməliyyat zamanı çox sayda silah-sursat qənimət olaraq ələ keçirilib. 

Nazirlik qeyd edib ki, “Taliban” hərəkatının döyüşçülərinin ələ keçirdiyi bölgələrin azad olunması ilə bağlı əməliyyatlar davam edir.

Qeyd edək ki, ölkənin təhlükəsizlik qüvvələri bu yaxınlara Parvan əyalətinin Şeyx Ali adlı bölgəsinə nəzarəti də bərpa edə bilmişdi. Ümumilikdə isə son bir ayda 24 bölgə “Taliban” döyüşçülərindən azad edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33