Cümə axşamı, 09 May

Ramin Hacılı barəsində daha bir məhkəmə iddiası

image

Avropa ölkələrinə mühacirətə getmək istəyən şəxslərə saxta arayışlar verməkdə və dələduzluq etməkdə təqsirləndirilən Ramin Hacılı barəsində daha bir məhkəmə iddiası irəli sürülüb.

Xəbər verilir ki, deputatlığa keçmiş namizəd, ictimai fəal Bəxtiyar Hacıyev R.Hacılının qeydiyyatda olduğu Füzuli Rayon Məhkəməsinə müraciət edərək, ona qarşı iddia qaldırıb.

Hacıyev Ramin Hacılının 2013-cü ildən bəri onun barəsində sosial şəbəkələrdə və mediada irəli sürdüyü iddiaların yalan və böhtan xarakterli olduğunu bildirib.

Buna görə də xüsusi ittiham qaydasında şikayət edərək R.Hacılının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək həbs edilməsini istəyib.

İyulun 1-də hakim şikayəti icraata götürüb, lakin bir neçə gün sonra R.Hacılı Baş Prokurorluq tərəfindən dələduzluq və saxta sənədlər düzəltmək ittihamı ilə saxlanılaraq həbs edilib.

Bu gün isə Bəxtiyar Hacıyevin hazırda həbsdə olan Ramin Hacılıya qarşı iddiası üzrə məhkəmə prosesi keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32