Cümə axşamı, 09 May

Ceceliyə görə cəzalandırılan restoranda Simge konsert verəcək  

image

Türkiyənin məşhur ifaçılarının Bakıya axını davam edir.

Xəbər verilir ki, müğənni Simge iyulun 17-də konsert proqramı ilə çıxış edəcək. Sənətçinin konserti bir müddət əvvəl pandemiya qaydalarının pozulduğu "İstanbul meyhane Bilgah"də keçiriləcək.
Qeyd edək ki, ötən ay müğənni Mustafa Ceceli sözügedən məkanda konsert vermişdi.

Konsertdə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı tətbiq etdiyi qaydalar ciddi şəkildə pozulmuşdu.

Buna görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məkana baxış keçirilib, obyektin sahibi, konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32