Cümə, 10 May

Nazirliyin sabiq mətbuat katibinə yeni VƏZİFƏ VERİLDİ

image

Gənclər və İdman Nazirliyinin sabiq mətbuat katibi Səmayə Məmmədova yeni işə başlayıb.

Xəbər verilir ki, sabiq nazirlik rəsmisi bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

Səmayə Məmmədova iş təkliflərinin çox olduğunu, lakin seçimini BNA-dan yana etdiyini bildirib: 

“Dəyərli dostlar, tam səmimi Gənclər və İdman Nazirliyindən ayrıldıqdan sonra bu qədər təklif və dəvət alacağım ağlıma belə gəlməzdi. Mənimlə əməkdaşlıq etmək arzusunda olan bütün qurumlara sonsuz təşəkkürümü bildirirəm. Verdiyiniz dəyər və göstərdiyiniz diqqət üçün çox minnətdaram! Seçimim, Bakı Nəqliyyat Agentliyi (BNA) oldu. Bu qurumda fəaliyyətimi hamımızın sevimlisi Mais Ağayevlə çiyin-çiyinə davam etdirəcəm. Bundan sonrakı fəaliyyətimizdə qurumun PR məsələlərinə mən rəhbərlik edəcəm. Mais Ağayev isə hər zaman olduğu kimi Mətbuat katibi funksiyalarını davam etdirəcək.

Həyatımın bu yeni dönəmində özümə, #Bna -ya, ümumiyyətlə, hər kəsə can sağlığı və böyük uğurlar arzu edirəm!!!”

Xatırladaq ki, Səmayə Məmmədova bir müddət əvvəl özü ərizə yazaraq Gənclər və İdman Nazirliyindəki işindən ayrılmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32