Şənbə, 11 May

Misirdə 27 terrorçu edam cəzasına məhkum edilib

image

Misir məhkəməsi polis postuna hücum edən və qanun keşikçilərini qətlə yetirən “Müsəlman qardaşları” hərəkatının 27 üzvü barəsində ölüm hökmü çıxarıb. Məhkəmənin qərarı baxılması üçün Misirin baş müftisinə göndərilib.

Xəbər verilir ki, təqsirləndirilən şəxslər 2015-ci ildə Beheyra vilayətində polis postuna hücum edərək 3 qanun keşikçisini qətlə yetirməkdə və daha 36 nəfərə xəsarət yetirməkdə ittiham olunurlar. Bundan başqa, daha 16 nəfər Misirdə terror təşkilatı elan edilmiş “Müsəlman qardaşları” hərəkatına maliyyə dəstəyi göstərdiyi və onun törətdiyi terror aktlarının hazırlanmasında iştirak etdiyi üçün müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Misir qanunvericiliyinə görə, edam hökmünün yerinə yetirilməsi üçün ölkənin baş müftisinin rəyi tələb olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44