Cümə axşamı, 09 May

Partiya sədri haray çəkdi: “Bakıya atom bombası atıblar”

image

Xəbər verilir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu canlı yayımların birində səsləndirib.

Partiya sədri Bakının dərdindən də danışıb:

“Bakıda yol verilən radiasiya 10 dəfə yüksəkdir. Sanki kimsə Herosimaya atom bombası atdığı kimi Bakıya da atom bombası atıblar. Və biz bu atom bombası atılmış şəhərdə yaşayırıq. Bu ancaq maşınların buraxdığı qazla bağlı deyil. Xərçəngin əsas səbəbi radiasiyadır. Naxçıvanda vəziyyət isə olduqca çətindir. Əhalinin 90 faizi teksun yeyir. Halbuki həmin yağı Türkiyədə kartof qurdunu öldürmək üçün istifadə edirlər.  

O qədər təhlükəli qidalanma var ki, palma yağı və s. bunlar hamısı xərçəng əmələ gətirir. Naxçıvanda adamların 50-60 faizi xərçəngdən ölür.

Naxçıvanda bir çay var orada molibden istehsal olunurdu. Molibdenin özü təhlükəli maddələrdən biridir. Onu axıdırlar o çaya və o su hövzəsi boyunca yaşayan insanların 90 faizi də xərçəngdən ölür. Azərbaycanda xərçəng yaradan səbəblərə qarşı heç bir nəzarət yoxdur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32