Cümə, 31 Mart

Millimiz bu gün Qətərlə qarşılaşacaq

image

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Aftafa.tv-nin məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gələcək.

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

Beynəlxalq yoldaşlıq oyunu

21:00. Qətər - Azərbaycan

Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Fazil Mustafanın SON DURUMU

  • 31.03.2023 - 10:21
image

Sabah hava yağıntılı olacaq

  • 30.03.2023 - 13:09
image

İranda zəlzələ olub

  • 29.03.2023 - 20:00
image

Bakıda açıq ərazi yanır

  • 29.03.2023 - 19:25
image

Ən eqolu 3 BÜRC

  • 29.03.2023 - 11:44