Şənbə, 27 Aprel

Paşinyan Qarabağ separatçısını nazir gətirir - Anna Akopyanın istəyi ilə

image

Ermənistanın yeni hökumətinin kimlərdən formalaşdırılacağına dair diskusiyalar getdikcə qızışır.

Xəbər verilir ki, erməni mətbuatında Nikol Paşinyanın Müdafiə naziri postuna Samvel Babayanı gətirəcəyinə dair məlumatlar yayılıb.

Ermənistanın “İravnuk” qəzetinin yazdığına görə, Babayanın bu vəzifəyə təyin edilməsi üçün Paşinyanın arvadı Anna Akopyan xüsusi canfəşanlıq göstərir. O da qeyd olunur ki, S.Babayanın son müsahibələrində Qarabağdakı məğlubiyyətə görə Paşinyanı qınamağın düzgün olmadığını deməsi və Rusiyanı itiham etməsi də təsadüfi deyil. Və ümumilikdə Babayanın Ermənistandakı növbədənkənar seçkidə tutduğu mövqe Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin maraqlarına uyğun olub.

Xatırladaq ki, Qarabağdakı erməni separatizminin ən fəal və aparıcı üzvlərindən olan S.Babayan 2020-ci ilin noyabrına, yəni Azərbaycanın Ermənistan üzərindəki qələbəsinə qədər qondarma qurumun “təhlükəsizlik şurası”nın katibi vəzifəsini və general-leytenant rütbəsini daşıyıb. Şuşanın müdafiəsinə də onun rəhbərlik etdiyi bildirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36