Şənbə, 27 Aprel

Sarkisyan və Koçaryan yeni çirkin plan hazırlayır - Voronenko

image

Robert Koçaryan və Serj Sarkisyan gizli plan üzərində işləyirlər. Bu tandem ən çirkin yollara əl ataraq, Ermənistanda çaxnaşmalar yaradıb, hakimiyyəti özlərinə qaytarmağa çalışacaq.

Xəbər verilir ki, bu sözləri ukraynalı politiloq Aleksey Voronenko bildirib.

“Koçaryan və Sarkisyan bir müddət kölgədə qalacaq, sonra isə Rusiyadakı kriminal dairələrin dəstəyi ilə həm Ermənistan, həm də bütün region üçün böyük fəsadlara gətirib çıxara biləcək planı həyata keçirməyə başlayacaqlar. Birincisi, onlar Qarabağda öz imkanlarından istifadə edərək həm Rusiya sülhməramlılarına, həm də Azərbaycan Silahlı Qüvvələrinə qarşı müxtəlif təxribatlar təşkil etdirə bilərlər. Bütün “atılan daşlar” isə Ermənistan hökumətinə tərəf uçacaq, çünki Serj və Robert öz çirkin əməllərindən sonra iz saxlamayacaqlar”, – deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, Koçaryan və Sarkisyan azadlıqda qaldıqca, region saat mexanizmli bir partlayıcı qurğunun üzərində durmuş kimi olacaq:

“Nikol Paşinyana qarşı sui-qəsd də təşkil edilə bilər. Bu tandemin “dostluğunda” oxşar terror aktları təşkil edə bilənlər az deyil. Koçaryan və Sarkisyana Qafqazda sülh, qonşuları ilə dostluq edən, çiçəklənən Ermənistan lazım deyil. Qafqazda xaosu rahat idarə etmək üçün onlara yeni Suriya lazımdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45