Şənbə, 27 Aprel

Mikayıl İsmayılov iyrənc əməllərinə davam edir - Azad mətbuat susdurulur !

image

SOCAR-in vitse-prezidenti Mikayil İsmayılovun sifarişi əsasında Azərbaycanda azad mətbuata və söz azadlığına qarşı hücumlar həyata keçirilir. Belə ki, Mikayıl İsmayılov Sozcu.az saytının rəhbəri, “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Elşən Əlisoya qarşı məhkəmə iddiası qaldırıb.

Azadsoz.com xəbər verir ki, bu haqda Elşən Əlisoy baş verənlər barəsində ətraflı məlumat verib.

Jurnslist qeyd edir ki, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148 - ci maddəsi ilə xüsusi ittiham qaydası ilə məhkəmə iddiası qaldırıb. Səbəb isə onun haqqında internet saytlarında yayımlanan yazının özümə məxsus Feysbuk səhifəsində paylaşması olub. Elşən Əlisoy yazıları ”Bu qədər sərvəti neynir bunlar ilahi… Mikayıl İsmayılov SOCAR-ın 12 vitse-prezidentindən biridir. Mən buna vəhşilik və acgözlük deyirəm”,- başlığı ilə paylaşdığını bildirib.

Qeyd edək ki, Mikayıl İsmayılov haqda internet saytlarında yayımlanan yazıda onun bir xanım aparıcı və bir xanım modeli saxlaması haqda və onun əldə etdiyi bəzi əmlak haqda yazıya yer verilib. “Mən bir daha bəyan edirəm: kimin kimi saxlanmasının mənim üçün heç bir önəmi yoxdur, sadəcə maaşı ilə sərvəti uyğun gəlməyən oliqarxların dövlətdən topladığı sərvətlər mənim üçün önəmlidir. Çünki, o sərvətlər Azərbaycan xalqınındır və o boyda milyardlar toplamaq acgözlük və talançılıqdır.” - deyə Elşən Əlisoy qeyd edib.

Jurnalistin sözlərinə görə SOCAR haqda rəhbəri olduğu “sozcu.az” saytında yayımlanan hər bir yazıdan sonra, “Sozcu.az” saytı haker hücumlarına hədəf olub və sayt dağıdılıb. Bu gün SOCAR-ın vitse-prezidenti tərəfindən ona qarşı qaldırılan məhkəmə iddiası da, “Sozcu.az” saytının susdurulmasına hesablanıb.

Məlumatkara görə, məhkəmə 21 iyun saat 15:00-da Ağsu rayon məhkəməsində keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə Mikayıl İsmayılov haqqında oxşar xəbərlər azadsoz.com saytında da yayımlanıb və dərhal sonra sayt haker hücumuna məruz qalıb. Ardıcıl davam edən hücumalr nəticəsində saytın fəaliyyəti bir müddətlik dayanıb. Mikayıl İsmayılov haqqında yazının tirajlandığı sosial şəbəkə kanalları da şikayət olunub və bloklanıb. 

Azadsoz.com olaraq sozcu.com-un yanında olduğumuzu və Mikayıl İsmayılov kimi korrupsioner oliqarxlara qarşı apardığı mübarizədə dəstək verdiyimi bəyan edirik. Mikayıl İsmayılova isə söz azadlığını və azad mətbuatı susdurmağa çalışmaq kimi iyrənc əməllərdən çəkinməyə, sivil və insanı davranış sərgilməyə çağırırıq.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36