Bazar, 24 Sentyabr

Azərbaycanda yüksək vəzifəli şəxs azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyi üçün həbs edildi

image

Ucarda mədəniyyət evinin müdiri həbs edilib.

Aftafa.tv xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri - 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Stadiondan 100 minlik OĞURLUQ

  • 23.09.2023 - 17:10