Şənbə, 27 Aprel

Ermənilərin Xankəndidə növbəti təxribatı - İrəvan və Moskva nə “oyun” çıxarır?

image

Qarabağda Rusiya sülhməramlılarının himayəsinə sığınan separatçı-terrorçular yığnağı martın 25-də Xankəndidə qondarma “parlament” iclası keçirib rus dilinin “ikinci dövlət dili” elan olunması haqqında “qərar” qəbul ediblər.

Aftafa.tv xəbər verir ki, bu barədə siyasi təhlilçi Asif Nərimanlı qeyd edib ki, Qarabağda separatçılar rus dilini ikinci “rəsmi dil” elan etmək üçün artıq 1 ay idi ki, hazırlaşırdılar.

A.Nərimanlı baş verənləri separatçıların növbəti oyunu adlandırıb:

"Qarabağdakı separatçı-terrorçuların qalıqları Rusiyanın dəstəyini qazanmaq, bölgədə Bakının idarəetmə mexanizmləri işə düşəndə “sağ qalmaq” üçün bu addımı atır;

- Baş separatçı Araik Arutunyan bununla rusların gözünə girməyə çalışır, Vitali Balasanyanı ona alternativ kimi oynadan Moskvaya “qərarları verən mənəm” mesajı verir;

- Ermənistan hakimiyyəti Bakı-Moskva xəttində gərginlik yaratmaqla 10 noyabr razılaşmasının sona qədər icrasını uzatmaq istəyir".

A.Nərimanlı bu məsələdə Rusiyanın da oyun qurduğunu qeyd edib:

"Moskva maraqlarına təhlükə yaranacağı təqdirdə - bölgədə mövcudluğu sual altına düşərsə - Bakı və Ankara qarşısında kartlarının sayını çoxaltmaq və istəyini almaq üçün güclü rıçaqlar formalaşdırmaq istəyir.

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bununla bağlı bildirib:

"Bu, hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz".

Təhlilçi bildirib ki, rəsmi Bakının mövqeyi açıqdır. Lakin bunun bölgədə atəşkəsə qarşı təxribat olduğunu əsas götürərək, məsələni Ankara və Moskvanın masasına daşımaq lazımdır.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36