Çərşənbə, 08 May

Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb

image

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini ləyaqətli rəqib, ağıllı və sərt siyasətçi hesab edir.

Xəbər verilir ki, Ağ Ev rəhbəri bu barədə NATO sammitinin başa çatmasından sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən artıq onunla görüşmüşəm. O ağıllı, sərt və deyərdim ki, ləyaqətli rəqibdir", - Bayden deyib.

ABŞ prezidenti Putini qatil hesab etməkdə davam etməsi barədə suala birbaşa cavabdan yayınıb.

Bayden Cenevrədə keçiriləcək görüşdə Putinə ABŞ-Rusiya arasında mümkün əməkdaşlıq sahələrini izah etmək niyyətindədir.

"Mən prezident Putinə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi izah etməyə hazırlaşıram", - Ağ Ev rəhbəri əlavə edib. O, qeyd edib ki, Cenevrədəki sammit "kritik əhəmiyyətli görüş" olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56