Çərşənbə, 08 May

Azərbaycan Ağdamdan sonra hansı rayonun mina xəritəsini tələb etməlidir? - AÇIQLAMA

image

Ötən şənbə Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmaya uyğun olaraq 15 erməni diversantı düşmənin Ağdamda basdırdığı minaların xəritəsi müqabilində geri qaytarılıb. Diversantlar Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Əldə oluna xəritədə isə tam 97 min tank və piyada əleyhinə minanın yerləşdiyi ərazi əks olunub.

Maraqlıdır, Ağdamdan sonra Azərbaycan Ermənistandan  hansı rayonun minalanmış ərazilərinin xəritəsini tələb etməlidir?

Mövzu barədə açıqlama verən ehtiyatda olan polkovnik-leytenant Ədalət Verdiyev vurğulayıb ki, minaların hansı ərazidə daha çox basdırıldığını iddia etmək üçün statistik məlumatlara malik olmaq vacibdir:

“Lakin bizim əlimizdə belə bir məlumat yoxdur. Ermənistanın yüksək rütbəli zabitləri müharibənin son günlərində Laçın və Kəlbəcərdə 17 maşın minanın basdırılmasını iddia etsələr də, biz bu məlumatlara o qədər də ciddi şəkildə etibar edə bilmərik. Düşünürəm ki, minaların ən çox basdırıldığı ərazilər Füzuli, Cəbrayıl, Ağdam və Tərtərdir. Bu, Ermənilərin təmas xəttində daha çox mina basdırması, həmin minalı sahələrin bir neçə qatdan ibarət olması və hətta bəzən 6 qatlı olması ilə əsaslandırıla bilər. Ümumilikdə isə hansı ərazi  olmasından asılı olmayaraq istənilər rayonun minalı ərazilərinin xəritəsinin bizə verilməsi Azərbaycanın bu istiqamətdəki fəaliyyətini sürətləndirəcək. Əsas olan odur ki, bu proseslər davam etsin və gələcəkdə də Ermənistan xəritələri bizə verməkdə maraqlı olsun”.

Hərbi ekspert diversantlarla bağlı məsələyə də aydınlıq gətirib:

“Mən diversant kəlməsinə bir qədər fərqli yanaşardım. Çünki diversant deyiriksə, onlar məhkəmə qarşısında cavab verdikdən sonra qaytarılmalıdır. Dövlət isə saxlanılan ermənilərdən 15-ni xəritə qarşılığında Ermənistana verdi, bu gün digər 13 nəfərin məhkəməsi gedir. Həmçinin 20-dən çox erməninin dindirilmə prosesi baş tutur. Yəni proses onu göstərir ki, bu müddət ərzində biz onları sintezdən keçirə bildik. Hansının hazırda da təhlükəli olduğunu müəyyənləşdirdik. Kimlərin əvvəl hansı fəaliyyətlə məşğul olduğu, bizə qarşı hansı həcmdə ağır cinayətlərə yol verdiyi aşkarlandı.

Onların əmr verən, yoxsa əmri icra edən tərəf olması dəqiqləşdi və bunların hamısı hüquq sistemində fərqli şəkildə tövsif olunur. Çünki hansısa bir əsgərə komandiri əmr verdikdə əsgər bunun səbəbini soruşmur, əmri yerinə yetirir, işin məsuliyyəti komandirin üzərinə düşür. Əgər əsgər əmri icra edərək ərazimizə gəlibsə və burada heç bir ciddi cinayət törətməyibsə, onun qaytarılması mümkündür. Çünki bizim məqsədimiz daha çox erməni əsgəri yemləməkdən ibarət deyil.

Məqsədimiz xəritələri əldə etmək, qayıdışımızı tezləşdirmək, yüzlərlə insanın minada həyatını itirməməsinə şərait yaratmaq, başladığımız geniş inşaat işlərini həyata keçirməkdən ibarətidir. Ermənilərin onsuz da bu və ya digər şəkildə gec-tez qaytarılacaq. Kimi cəza aldıqdan sonra, kimi isə cinayətin həcmindən asılı olaraq digər xəritələr qarşılığında və ya Zəngəzur dəhlizinin açılmasına bir jest olaraq Ermənistana dönəcək. Çünki münaqişə bitdikdən sonra hər iki tərəf bir-birinə qarşı müəyyən addımlar atmalıdır. Bu, etimad mühiti üçün lazımdır. Əks halda proseslər daha uzun müddət ala bilir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56