Cümə axşamı, 09 May

Sumqayıt Bulvarında nə baş verir? - Video

image

Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan normal istirahət edə bilmir. Bu səbəbdən bulvarda  nəinki qonaq, yerli sakinlər də yan durmağa çalışırlar.  

Bu barədə şəhər şakinləri məlumat verib. Xəbərdə bildirilir ki, pis qoxunun səbəbi bu Sumqayıt icra hakimiyyətinin rəsmiləri tərəfindən danılsa da dənizə Bulvardakı çoxsaylı obyektlərdən, yaxınlıqda tikilən çoxsaylı göydələnlərdən axıdılan kanalizasiya-çirkab sularıdır.

Sakinlər deyir ki, hal-hazırda pis qoxudan başqa bu ərazidəki dəniz sahilində əsl ekoloji faciə, fəlakət yaşanır.

“Ərazidə demək olar  heç bir təmizlik işləri aparılmır.  Ara-sıra , ildə-ayda  bir dəfə formal xarakter daşıyan təmizlik aksiyaları keçirilir. 20-30 metr geri çəkilən dənizin bu hissəndə bioresurslar məhv olub. 

Əgər bu pis qoxu elə yerli  məmurlara məxsus olan  bulvardakı obyektlərdən,şəhərdən tökülən çirkab sularından əmələ gəlmirsə onda niyə bəs yaxınlıqdakı Novxanı ərazisində, qonşu sahil ərazilərdə, hətta Hacı Zeynalabdin qəsəbəsində bu cür pis qoxu gəlmir, su belə çirkab vəziyyətdə deyil!?”.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32