Cümə axşamı, 09 May

Xaricdə işə düzəltmək adı ilə 34 nəfərə qarşı dələduzuq — Cinayət işi

image

Xaricdə işə düzəltmək adı ilə vətəndaşları aldadan Ruslan Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Xəbər verilir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Siyavuş Hacıyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının təşkili məqsədilə özgə əmlakını dələduzluqla ələ keçirərək rəsmi sənədlərin saxtalaşdırılması faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla məlum olub ki, Ruslan Tağıyev 2019-2020-ci illər ərzində Bakı və Sumqayıt şəhərlərində şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə xarici ölkələrdə yerləşən zavod və şirkətlərə işçilərin yüksək məvaciblə işə götürülməsi, habelə Kanada və Almaniyaya yaşamaq, turist kimi və işləmək məqsədilə səfər etmək üçün vizaların, eləcə də ABŞ-da təhsil vizasının alınmasının təşkili ilə bağlı ona müraciət etmiş 34 nəfər şəxsə vəd verərək rəsmi sənədləri saxtalaşdırıb.

Onlara məxsus cəmi 191 min manat məbləğində pulu ələ keçirib dələduzluq edib, habelə “Bizim Kəndimiz” Məhdud Məsuliyyətli Cəmiyyətdə informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə şirkət tərəfindən ona etibar edilmiş 14 min 800 manat dəyərində avadanlığı təkrarən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.

İstintaq orqanı tərəfindən Ruslan Tağıyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), və 320.1-ci (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 35 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Həmçinin iş üzrə “Bizim Kəndimiz” Məhdud Məsuliyyətli Cəmiyyətdə zərərçəkmiş qismində işə cəlb olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32