Şənbə, 18 May

Rusiya Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edə bilər

image

"Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirak etməyə hazırdır".

Bunu açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Bölgələrdə yaşayışın bərpasına gəlincə, təbii ki, Rusiya şirkətlərinin bu işlərə hansı mərhələdə, hansı formada qoşula biləcəyinə dair Azərbaycan tərəfinin təkliflərilə məmnuniyyətlə tanış olardıq. Məlum olduğu kimi, Azərbaycan hökuməti konkret rayonların, o cümlədən Ağdam rayonunun bərpasına dair planlar üzərində çalışır. Bunun ardından başqa rayonların də bərpasına dair plan və proqramlar hazırlanmalıdır. Bu prosesə qoşulmaqda maraqlıyıq”, - diplomat qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41