Çərşənbə, 08 May

Vitse-spiker erməni deputatı təhqir etdi: “Səfeh!”

image

Hakim "Mənim Addımım" blokundan olan Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan müstəqil millət vəkili Taquhi Tovmasyanı "səfeh" adlandırıb.

Xəbər verilir ki, iclas zamanı Tovmasyan Qarabağda ölən hərbçilərin cəsədlərinin düzgün saxlanılmaması ilə bağlı qalmaqala toxunub və səhiyyə nazirini tənqid edib.

Millət vəkili xüsusilə qeyd edib ki, ölən hərbçilərə belə bir münasibət ucbatından indi heç kim həyatını və sağlamlığını Ermənistan uğrunda qurban vermək istəmir.

“Bu cəsədlər şərəfimizdir, amma siz cəsədlərə ləyaqətsiz münasibət göstərirsiz”, – deyə Tovmasyan səhiyyə nazirini hədəfə alıb.

Millət vəkili çıxışını yekunlaşdıran kimi Lena Nazaryan sakitcə mırıldanıb: "Səfeh!"

Həmin anda o, mikrofonu bağlamağı unudub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56