Cümə, 10 May

“Yay məktəbi”ndə dərs keçəcək müəllimlərə əlavə pul ödənilməyəcək - Nazirlik

image

“Yay məktəbi”ndə I sinifdən başlayaraq X sinifə qədər hər kəs iştirak edə bilər. Əgər qrupda az sayda uşaq olarsa paralel siniflərin birləşdirilməsi, optimallaşdırma aparılması nəzərdə tutulur. Bütün sinif müraciət edərsə, o zaman yarımqruplar şəklində təşkil olunacaq".

Xəbər verilir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, “Yay məktəbi”ndə tədris vahid proqram əsasında aparılmayacaq və şagirdlərin məktəbli formasında olması tələb edilməyəcək.

Nazirlik rəsmisi “Yay məktəbi”ndə dərs deyəcək müəllimlərə əlavə vəsait ödənilib-ödənilməyəcəyi məsələsinə də aydınlıq gətirib: “İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Ona görə də onlara əlavə ödəniş nəzərdə tutulmur. Müəyyən rəğbətləndirmə tədbirləri ola bilər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25