Şənbə, 27 Aprel

ABŞ İranın 2 milyon barel neftini satdı

image

ABŞ bu ilin fevral ayında İran neftini daşıması şübhəsi ilə nəzarətə götürdüyü “Achilleas” tankerindəki, təxminən 2 milyon barel nefti sataraq 100 milyon dollar qazanc əldə edib.

 Liberiya bayrağı altında üzən tanker fevralın əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə sahillərində saxlanılmışdı və sonradan Texas ştatının Hyuston şəhərinə gətirilmişdi.

 ABŞ Ədliyyə Nazirliyi tankerin yük daşınması ilə bağlı sənədlərində saxtalıqlar aşkar etmişdi. ABŞ müstəntiqlərinə görə, neft İran ordusunun elit hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olub və Çin bazarına aparılması nəzərdə tutulmuşdu.

 ABŞ Prokurorluğu ölkədə SEPAH-ın terror təşkilatı elan edilməsini əsas gətirərək məhsula antiterror əməliyyatı çərçivəsində sanksiya tətbiq etmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36